“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Mətbuat şərhi 27 sentyabr 2024

NATO Sülh və Təhlükəsizlik naminə Elm (SPS) proqramı üzrə “Məlumatlandırma günü” Bakıda keçirilib

26 sentyabr tarixində ADA Universitetində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və NATO-nun İnnovasiya, Hibrid və Kiber məsələlər üzrə bölməsinin birgə təşkilatçılığı ilə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm (SPS) proqramı üzrə “Məlumatlandırma günü” keçirilib.

NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber üzrə köməkçisinin müavini Ceyms Appaturay tədbirdə virtual qaydada çıxış edib. Tədbirdə NATO SPS proqramının nümayəndələri, Azərbaycan Respublikasının Xarici İşlər və Müdafiə Nazirliklərinin rəsmiləri, həmçinin akademik institutların nümayəndələri iştirak ediblər.

Tədbir zamanı iştirakçılar SPS proqramının prioritetlərini müzakirə edib, həyata keçirilmiş və davam edən birgə layihələri nəzərdən keçirib, meydana çıxan təhlükəsizlik çağırışlarının həllində elmin və texnologiyanın tətbiqini nəzərdən keçiriblər. Təqdimatlarda Azərbaycanın SPS proqramı çərçivəsində verdiyi töhfələr və bu proqramın Azərbaycan-NATO əməkdaşlığını genişləndirmək potensialı vurğulanıb.

Tədbir Azərbaycanın təhlükəsizlik problemlərinin həllində elmi və texnoloji həlləri irəlilətməkdəki rolunu önə çıxarıb və regional və qlobal çağırışları effektiv şəkildə həll etmək üçün davamlı əməkdaşlığın vacibliyini vurğulayıb. Tədbir SPS proqramı çərçivəsində əməkdaşlıq üçün yeni imkanların müəyyənləşdirilməsi, açıq dialoq və bilik mübadiləsi aparılması üçün bir platforma rolunu oynamışdır.

  

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti